About

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti

GƏNC ALİMLƏRİN ƏSƏRLƏRİ
Proceedings of young scientists
Труды молодых ученых



Jurnal Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə çap olunmuşdur.

Gənc alimlərin əsərləri — beynəlxalq ictimai fənlərarası elmi tədqiqatjurnalı jurnal. 2008-ci ildə yaradılmışdır

Jurnal haqqında məlumat
Gənc Alimlərin Əsərləri (Proceedings of young scientists) jurnalı 2008-cı ildə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin (AGAAMC) təşəbbüsü ilə təsis edilmişdir. Jurnal ildə 4 dəfə olmaqla nəşr olunur və 2014-cü ilədək jurnalın 9 sayı çapdan çıxmışdır. Jurnal 2010-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2010-cu il 30 aprel tarixli qərarı ilə Azərbaycan Respublikasında Dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövrü elmi nəşrlərin siyahısına daxil edilmişdir.

Jurnalın məqsədi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gənclərə göstərdiyi böyük diqqət və qayğının davamı kimi gənc alimlərin əsərlərinin çap olunması və yayılmasına dəstək vermək, onların Respublika daxilində və ondan kənarda çapını geniş təşkil etmək, elmi gəncliyin fəaliyyətinin stimullaşırılması, elmi biliklərin sərbəst mübadiləsi, gənc alimlərin, doktorantların və magistrlərin mütərəqqi dünya səviyyəsində hazırlığı və fəaliyyətlərinin inkişafına kömək etməkdə ibarətdir.

Redaksiya Şurası
Jurnalı baş redaktoru fizika riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov, məsul katibi və internet saytının rəhbəri tarix elmləri üzrə fəlsəfə doktoru Ruslan Rəhimlidir. Jurnalda nəşr olunan məqalələrin 2 dildə - rus və ingilis dillərində rezumələri verilir.


Jurnalda bir sıra xarici ölkələrin gənc alim və tədqiqatçılarının da elmi məqalələri çap olunur.

Ünvan: AZ1023, Bakı ş., Ş.Allahverdiyev küç. 3/18, “Gənc Alimlərin Əsərləri”nin redaksiyası

Back to Top ↑